
Amerikan hökumətin nizamsız köç axınını önləmək üçün Meksika sərhədində ordu göndərəcək.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, 1500 nəfərlik ordu heyəti sərhəd boyunca xidmətə başlayacaq.
Bu barədə hökumətə yaxın mətbu qaynaqlar yazır. Prezident Co Baydenin nizamsız köçmələrlə bağlı bu addımı yadeilli “miqrant”ların ölkədən “deport” edilməsinin qanuni icradan qaldırılmasndan sonra atılıb.
Məqsəd sərhəddə nəzarəti təmin etməkdir.
Amerikan mediasının yazdığına görə, son günlərdə ölkənin cənubunda gündə 7 minə yaxın nizamsız köçlər gerçəkləşir.
Tərcümə: Arzu Sayadoğlu