Tayvanda qəribə olay: Meymun pişik balasını qaçırtdı / VİDEO

  • By arzu
  • 02 May 2023 18:27

Tayvanın paytaxtı Taypeydə Makaka meymunu pişik balasını qaçırdıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, olaydan sonra yerli heyvansevərlər pişik balasını tapmaq üçün səfərbər olub.

HTML tutorial

Olay paytaxtın Xizi bölgəsində yaşanıb.

Taypey Heyvanları Qoruma və Səhiyyə Təftişi Qurumunu etdiyi açıqlamasında meymunun görüldüyü nöqtələri təsbit etmək üçün yerli idarəçilərlə çalışma başladıldığını bildirib.

Açıqlamada pişiyin tapılacağı halda, quruma bildirilməsi istənilib.


Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info