Millimiz Türkiyəyə uduzdu

Bu gün Türkiyənin Antalya şəhərində çimərlik futbolu üzrə Azərbaycan və Türkiyə milli komandaları arasında yoldaşlıq oyunu keçirilib.

Gununsesi.info AFFA-ya istinadən xəbər verir ki, qarşılaşma 4:3 hesabı ilə Türkiyə yığmasının xeyrinə başa çatıb.

HTML tutorial

Millimizin heyətində Sabir Allahquliyev, Comərd Baxşəliyev və Orxan Məmmədov fərqlənib. Bu komandalar arasında növbəti oyun sabah – mayın 4-də keçiriləcək.

 

Gununsesi.info