Ucarda bir qrup süpürgəçi işdən azad edilib -İcra başçısına və DOST mərkəzinə ittiham

  • By admin
  • 14 İyun 2023 14:38
Ucar rayonu Mənzil Kommunal Müəssisələri Kombinatının  tabeçiliyində çalışan bir qrup süpürgəçi işlərini itirib.
Bu barədə Gununsesi.info-ya müraciət ünvanlayan sakinlər üzləşdiyi qanunsuzluqlara görə rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədovu və DOST mərkəzini günahlandırır.
Acınacaqlı durumda olduqlarını vurğulayan sakinlərin şikayətini olduğu kimi təqdim edirik:
Biz 2019-cu ildən “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında (Komxozda) işə qəbul olunmuşuq. Hər gün bizə verilən tapşırıq əsasında küçələri süpürüb təmizləmişik.
Hətt\da aylıq pul verib işə gəlməyənlərin yerini də bizə süpürtdürüblər. Bunu subut edən süpürdüyümüz küçələrdəki obyektlərin müşahidə kameralarına  baxmaq kifayət edər.
2022 və 2023-cü ildə 3 dəfə “DOST” İş Mərkəzi tərəfindən Ucarda video çəklişlə yoxlama keçirilib. Həmin gün biz artıq verilən tapşırığı yerinə yetirib evimizə getmişdik.Təmizlik işləri səhər saat 6.00 radələrindən təxminən saat 11.00 radələrinə kimi olur. Bizə verilən tapşırıları yerinə yetirib, evimizə gedirik. DOST İş Mərkəzindən yoxlama saat 12.00 da gəlib monitorinq aparılıb.Həmin vaxt kombinatın  rəhbərliyi ona aylıq pul verib işə gəlməyənlərə tez çağırıb. Bizə isə xəbər verilməyib.Hətta elə olub ki, yoxlama zaman aylıq haqq verənlərin 80 % işə gəlməyib.Ancaq yoxlamaya pul və siyahı verilib deyə onlara “gözün üstə qaşın var” deyən olmadı. Biz isə gündəlik işə çıxıb aylıq haqq vermədiyimiz üçün hədəfə tuş gəldik.Bizim əmək müqaviləmizə qanunsuz xitam verildi.
Tələbimiz 3 dəfə aparılan yoxlama zamanı aparılan video çəkilişə bizim iştirakımızla baxış keçirilsin.Həmin videoda aylıq haqq verib işə gəlməyənlərin çoxu yoxdur.Belə olan təqdirdə gələn yoxlamanın korrupsiyaya qurşanması subut olunacaq.
Bizim hər birimizin evinə azyaşlı uşaqlarımız və ciddi xəstələrimiz var və  heç bir yerdən gəlirimiz yoxdur.
“DOST” İş Mərkəzi Ucarda  rəhbərliklə  əlbir olub korrupsiya şəbəkəsi yaradıb.Həmin yoxlamalar  zaman aparılmış video çəklişə baxılarsa bu tam subut olunacaq.
Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, kasıb ailələr işlə təmin olunub ailəsin dolandırsın.Ancaq Ucarda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə əksəriyyəti imkanı olan adamlar götürüldü.Buna isə şəraiti icra başçısı Mənsur Məmmədov şəxsən yaratdı.İcra başçısı 50.000 manat pulun müqabilində Asəm Kərimov kimi korrupsioneri  müdir vəzifəsinə təyin etdi sondada guya etdiyi səhvi düzəldirmiş kimi onu işdən öz ərizəsi ilə çıxartdı.
İndi biz bir qrup korrupsionerin qanunsuz əməllərinə görə aclıq işində yaşamağa məhkum olmuşuq.
Xahiş və tələbimiz “DOST” İş Mərkəzinin apardığı yoxlama zamanı çəkilmiş videoya bizim iştirakımızla baxılsın korrupsiyaya qurşanmış şəxslərin barəsində ciddi tədbirlər görülsün qanunsuz çıxarıldığımız üçün işimizə bərpa edilməliyik.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
İmza; Cəfərova Kəmalə Qədir qızı
Hacıyeva Zərinə Eyvaz qızı
Əhmədova Sevinc İsmayıl qızı
Əlizadə Elnarə Məhərrəm qızı
Qurbanova Mətanət Şahin qızı
Cəfərov Həsən Cəmşid oğlu
Gununsesi.info