Dənizkənarı Bulvar İdarəsi bulvarda bayraq paylayacaq

15 İyun- Milli Qurtuluş günü və Ümummilli lider Heydər Əliyevin 100 illiyi münasibətilə Dənizkənarı Bulvar İdarəsi aksiya keçirir.

Qurumun mətbuat xidmətindən Gununsesi.info-ya daxil olan məlumata görə, aksiya 15.06.2023-cü il tarixində saat 11.00-da başlayacaq.

HTML tutorial

Tədbir çərçivəsində Milli Park ərazisində quraşdırılan monitorlarda Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxlar, vətənpərvərlik mövzusunda çəkilmiş filmlər nümayiş olunacaq, Heydər Əliyevə həsr edilən mahnılar səslənəcək, Milli Parka gələn ziyarətçilərə bayraqlar paylanılacaq.

 

 

Gununsesi.info