
2023-cü il Dünya Xoşbəxtlik Hesabatı müxtəlif amillərə əsaslanaraq dünyanın ən xoşbəxt və ən bədbəxt ölkələrinin adı açıqlanıb.
Gununsesi.info-nun xəbərinə görə, 137 ölkənin vətəndaşları ilə aparılan sorğular ölkələrin xoşbəxtlik səviyyələrinin müəyyən edilməsində mühüm rol oynayıb.
Detallara görə, dünyanın ən xoşbəxt ölkələri Skandinaviya mənşəlidir. Hesabata görə, Finlandiya dünyanın ən xoşbəxt ölkəsidir. Finlandiyanı müvafiq olaraq Danimarka, İslandiya, İsrail, Hollandiya, İsveç və Norveç izləyib. Dünyanın ən bədbəxt ölkələri siyahısında birinci yeri Afrika ölkəsi Niger tutub. Bu ölkəni Pakistan, Qana və Türkiyə izlədi.
Türkiyənin dünyanın ən bədbəxt ölkələrindən birinə çevrilməsi isə təəccübə səbəb olub.
Hesabatda bu il digər illərdəkindən fərqli metodologiyaya əməl olunub. Hesabat təkcə 2022-ci ildə deyil, 2020, 2021 və 2022-ci illərdə aparılan sorğuları əhatə edib. Xoşbəxtlik dərəcəsi insanların son 3 ildəki orta həyat qiymətləndirmələrinə əsasən müəyyən edilib.
Həyatın qiymətləndirilməsi sosial dəstək, adambaşına düşən ÜDM, sağlam ömür uzunluğu, həyat seçimi etmək azadlığı, alicənablıq və korrupsiya qavrama indeksi amillərinə əsaslanıb.
Tərcümə:
Şəbnəm
Gununsesi.info