Həbsdəki jurnalist məhkəməyə müraciət edib

Cinayət Prosessual Məcəlləsinin 509.1.3 və Cəzaların İcrası Məcəlləsinin 170.1-ci maddələrinə əsasən, həbsdə olan jurnalist Mahir Xəttab (Ələkbərov) vaxtından əvvəl azad olunması üçün Qaradağ rayon məhkəməsinin müraciət edib.

Azərbaycan Respublikası Ali Məhkəməsinin təyin etdiyi 3 il həbs cəzasının artıq 1 il 10 ayın (cəza müddətinin yarıdan çoxunu) ı çəkdiyinə görə, Mahirin vaxtından əvvəl azad olunması üçün məhkəməyə müraciət etmə hüququ yaranıb. Təəssüf ki, onun üçün süni maneələr yaradılır.

HTML tutorial

Məhkəməyə müraciət ərizəsi qəbul edilib, indi məhkəməyə təqdim olunmağını gözləyir.

Sözün əsl mənasında olan cinayətkarların yararlandığı bu hüquqdan jurnalist yararlana biləcəkmi?

Gununsesi.info