
Qazaxıstan Dəmir Yolu iyulun 14-dək Rusiyaya təyyarə yanacağı və kerosin daşınmasına qadağa qoyub.
Gununsesi.info xəbər verir ki, bu, MDB-yə üzv ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının Direktorluğunun faks mesajında deyilib.
May ayında Qazaxıstanın sənaye və infrastrukturun inkişafı naziri Marat Karabayev qeyd etmişdi ki, respublikada təyyarə yanacağının çatışmazlığı var və onu Rusiyadan idxal etmək lazımdır. Eyni zamanda, Qazaxıstanda avtomobillər üçün benzin qıtlığı qeydə alınıb, buna görə də ölkə mayeləşdirilmiş karbohidrogen qazının (LHG) ixracını azaltmaq məcburiyyətindədir.
Qeyd edək ki, Qazaxıstan prezidentinin mətbuat katibi Ruslan Jeldibay Putinin Tokarevə notasının məzmununu açıqlamışdı.
Prezident Vladimir Putinin Qazaxıstan lideri Qasım-Jomart Tokayevə təqdim etdiyi notada Astananın Rusiya ərazisində malların daşınması üçün güzəştlər barədə məlumat da yer alıb.
Tərcümə
Şəbnəm
Gununsesi.info