
Azərbaycanda səfərdə olan SNN-Türk-ün məşhur aparıcısı Fulya Öztürk iş adamı, tanınmış ictimai xadim Ruhi Əliyevanın qonağı olub.
Gununsesi.info bildirir ki, bu barədə Ruhi Əliyeva sosial şəbəkədə yazıb:
“Əziz Prezidentimiz İlham Əliyevin dediyi kimi, Fulya bizim qızımızdır. Gerçəkdən də Azərbaycan sevdalısı, dilindən Qarabağla bağlı müjdələr eşitdiyimiz Fulya Öztürkü hər kəs kimi mən də çox sevirəm. Azərbaycana hər gəlişində görüşüb söhbətləşirik. Şirin dili, qılıqlı, mehriban təbiəti onu hər dəfəsində daha da canayaxın edir.
Bu gün yenə bir araya gəldik. Ölkələrimizin dostluğundan Qarabağadək, bütün gözəlliklərdən danışdıq.
Fikrinin, könlünün aydınlığı, sevgisi ilə gerçək bir Türk qızı olduğunu bir daha isbatladı.
Dostluqlarımız, məmləkətlərimiz daim var olsun, əziz Fulyam!”
Gununsesi.info