
“Vətən müharibəsi başa çatandan bir il sonra, yəni 31 dekabr 2021-ci ildə Nazirlər Kabineti 22 sentyabr 1995-ci il tarixli 216 saylı qərarına dəyişiklik edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılmış müharibəyə səfərbərlik yolu ilə çağrılmlış yüzlərlə əsgər və zabitlərə müharibə veteranı adının verilməsini əngəlləyib”.
Bu fikirləri 44 Günlük Vətən Müharibəsində iştirak edən 100-ə yaxın hərbçi Gununsesi.info-ya təqdim etdikləri şikayətdə yazıb.
Redaksiyamıza müraciət edən müharibə veteranları şikayətlərinə baxılmamasından narazılıq bildirir.
Onların müraciətini olduğu kimi təqdim edirik:
Halbuki, 216 nömərli eyni qərarı ilə Nazirlər Kabineti 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara müharibə veteranı adının verilməsini, eləcə də Böyük Vətən Müharibəsindən sonra hətta Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə də müharibə veteranı adını verilməsini təsbit etmişdir. Bundan başqa, eyni qərarla Nazirlər Kabineti Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara da Əmək Veteranı adı və veteran vəsiqəsi verilməsini də Nazirlər Kabineti öz qərarı ilə nəzərdə tutur.
Lakin acınacaqlı fakt budur ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılmış müharibəyə səfərbərlik yolu ilə çağrılmlış bizim kimi yüzlərlə zabit və əsgərlərə müharibə veteranı adının verilməsi Nazirlər Kabinetinin məlum qərarına dəyişiklik edilməklə əngəlləndi.
Müstəqil Azərbaycanın Nazirlər Kabineti artıq süquta uğramış bir imperiyanın 1941-45-ci illərdə apardığı müharibədə və hətta ondan sonra aparılmış hərbi əməliyyatlarda hətta iştirak etməmiş keçmiş sovet vətəndaşlarına (bugünkü Azərbaycan Respublikasının vətənsaşlarına) müharibə veteranı və əmək veteranı adının verilməsini öz qərarı ilə təsbit etdiyi halda, müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibəyə və hərbi əməliyyatlara cəlb edilmiş biz əsgər və zabitlərə heç bir ad vermir və üstəlik 216 saylı qərarına dəyişiklik etməklə bunun qarşısını almışdır. Biz zabit və əsgərlərə münasibətdə sərgilənmiş bu ayrı-seçkilik nə ilə bağlıdır? Nəyə görə biz zabitlər kənarda saxlanılmışıq? Bizə qarşı olan bu münasibətin mənası nədir?
Ona görə də biz artıq bir ildən çoxdur ki, ölkə rəhbərliyinə, Baş Nazirə, Müdafiə Nazirinə, Milli Məclisin Sədrinə, Milli Məclisin Deputatlarına (Zahid Oruca, Ziyafət Əsgərova, Qənirə Paşayevaya, Siyavuş Novruzova, Aqil Abbasa, Elman Məmmədova, Erkin Qədirliyə, Əli Hüseynova, Fazil Mustafaya, Qüdrət Həsənquliyevə, Məlahət İbrahimqızına, Razi Nurullayevə, Sədaqət Vəliyevaya, Sahib Alıyevə, Səməd Seyidova, Tahir Kərimliyə, Vahid Əhmədova) davamlı şəkildə qanunlarımıza əsaslanmış hüquqi mülahizələri özündə əks etdirən müraciətlər ünvanlamışıq.
Ancaq aidiyyatı qurumlardan indiyədək əsaslandırılmış hüquqi cavablar verilməmiş, sadəcə məsələ ört-basdır edilir. Nəyə görə keçmş SSRİ-yə xidmət etmiş şəxslərin hüquqları müstəqil Azərbaycan dövlətinə xidmət etmiş şəxslərin hüquqlarından üstün tutulur? Onların xidməti ilə bizim xidmətimiz arasında fərqi nədən ibarətdir? Nəyə görə keçmiş SSRİ-yə xidmət etmiş şəxslərə daha üstün imtiyazlar verilir?
Buna görə də bu cari ilin may ayının 5-də yüksək səviyyəli dövlət rəsmilərinə və deputatlara etdiyimiz müraciəti Sizin diqqətinizə çatdırırıq:
Biz zabitlərə müharibə veteranı adının verilməməsi Konstitusiya normalarına, hərbi səfərbərlik dövründə müharibəyə çağırış barədə qanunvericilk aktlarına və hərbi hissə komandirlərinin fəxri fərmanlarına uyğun deyil!!
Zati Aliləri cənab Prezident, Möhtərəm Ali Baş Komandan,
Hörmətli Mehriban xanım,
Hörmətli cənab Baş Nazir,
01.05.2023-cü il tarixində Nazirlər Kabinetində Baş Nazir cənab Əli Əsədovun vəzifəli şəxsləri ilə görüşümüzə və görüşdə rəsmi qaydada təqdim etdiyimiz müraciətimizə əlavə olaraq aşağıdakıları bir daha diqqətinizə çatdırıram. Cənab Prezident İlham Əliyevin dediyi kimi “Biz birlikdə güclüyük”.
Müdafiə Nazirliyinin 04.03.2021-ci il tarixli əmri aşağıdakı hüquqi əsaslandırmaya görə ziddiyyətlidir, biz zabit və əsgərlərə müharibə veteranı adının verilməsini süni şəkildə əngəlləmişdir. Belə ki, biz Prezidentin 28.09.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanuna əsasən qismən səfərbərliyə cəlb edildik. Biz Müdafiə Nazirliyinin əmri ilə döyüş əməliyyatları məqsədilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edildik. Biz zabitlər sentyabrın 28-dən noyabrın 10-a kimi 44 gün və hətta daha artıq müddətdə Ali Baş Komandanın bütün əmr və tapşırıqlarını, nəyin bahasına olursa olsun, yerinə yetirməyə hazır idik. N, X, Y, Z, D, B, G, F saylı müxtəlif hərbi hissələrdə (adlar şərtidir) hərbi xidmətdə olduq və döyüş əməliyyatları zamanı üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirdik, Cəbrayıl və Zəngilan rayonlarının işğaldan azad olunmasında, ümumiyyətlə, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən VƏTƏN MÜHARİBƏSİ zamanı vəzifə borclarımızı layiqincə yerinə yetirdik, yüksək döyüş hazırlığının, döyüş qabiliyyətinin təmin olunmasında şəxsi heyətin mənəvi ruhunun və şüurlu intizamının möhkəmləndirilməsində (mənəvi-psixoloji təminatın göstərilməsində), döyüş tapşırıqlarının yerinə yetirilməsində, torpaqlarımızın işğaldan azad edilməsində yaxından iştirak etdik, canımızı vətən yolunda əsirgəmədik, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda sentyabrın 27-dən noyabrın 10-a kimi davam edən VƏTƏN MÜHARİBƏSİ zamanı xidmətdə olmuş başqa hərbi hissələrlə bərabər öz töhfəmizi verdik. Aramızda yaralanan zabitlər, eləcə də Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə medalla təltif olunan zabitlər olubdur. Bizim hərbi hissələr döyüş əməliyyatları başlandıqdan dərhal sonra yaradılmış hərbi hissələr olubdur, biz isə qismən hərbi səfərbərlik elan olunduqdan sonra hərbi əməliyyatların aparılması məqsədilə həmin hərbi hissələrə də xidmətə cəlb edilmiş zabitlər olmuşuq.
Yuxarıdakı abzasda yazdığımız mülahizələri özümüzdən uydurmamışıq. Belə ki, bütün bunlar qismən səfərbərliyə cəlb edilmiş zabit heyətinə xidmətdə olduğumuz həbi hissələrin komandirlərinin imzası və həmin hərbi hissələrin möhürü ilə verilmiş dövlət əhəmiyyətli təltiflərin – fəxri fərmanların mətnində yazılmışdır. Bu fəxri fərmanlar formasına görə rəsmi sənəd sayılır. Bu sənədlər də sübut edir ki, biz vətən müharibəsinin iştitakçılarıyıq. Bunu inkar etmək olmaz.
Bir hüquqi faktı qeyd edim ki, alman faşistlərinə qarşı Böyük Vətən Müharibəsi zamanı çağrılmış müxtəlif kateqoriyalı şəxslərə də müharibə veteranı adı, veteranlıq vəsiqəsi verilirdi. Belə ki, bütün bunlar Nazirlər Kabinetinin 216 saylı qərarında da öz əksini tapmışdır. Belə ki, 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara — arxiv arayışları əsasında müharibə veteranı adı verilibdir. Bundan başqa, Böyük Vətən Müharibəsindən sonra hətta Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə də müharibə veteranı adı verilibdir. Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlara da Əmək Veteranı adı və veteran vəsiqəsi verilibdir. Bəs biz zabitlər nəyə görə kənarda saxlanılmışıq? Bizə qarşı olan bu münasibətin mənası nədir?
İndi sual budur ki, nəyə görə Nazirlər Kabinetinin 216 saylı qərarı ilə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılmış müharibəyə səfərbərlik yolu ilə çağrılmlış biz əsgər və zabitlərə heç bir ad verilmir? Nəyə görə 1941-45-ci illərdə Böyük Vətən Müharibəsi zamanı bu və ya digər formada müharibəyə çağrılmış, cəlb edilmiş, iştirak etmiş şəxslər bizdən üstün tutulur? Nəyə görə bizə ayrı-seçkilik göstərilir? Nəyə görə biz onlardan aşağı tutuluruq? SSRİ-nin ərazi bütövlüyü uğrunda müharibəyə cəlb edilmiş şəxslər müstəqil Azərbaycanın ərazi bütövlüyü uğrunda müharibəyə cəlb edilmiş şəxslərdən nəyə görə fərqləndirilir? Xahiş edirik bu suallara münasibət bildirilsin və bizim hüquqi vəziyyətimizə aydınlıq gətirilsin, statusumuz müəyyən edilsin, bizə də müharibə veteranı adı və vəsiqəsi verilsin. Xahiş edirəm ki, bu məsələyə ciddi baxılması üçün tapşırıqlar verəsiniz.
Dərin hörmətlə,
Bu müraciəti imzalayan, dəstəkləyən zabit və əsgərlərin siyahısı
- Kərimov Cahangir Zəkiulla oğlu, Baş Leyt. Ş.V.AA3728990, Fin Kod: 7B1LE3P
- Məmmədov Aqşin Arif oğlu, Kapitan, Ş.V.AZE14291790, Fin Kod:185ZRM6;
- Məmmədov Rəşad Müqabil oğlu, Leyt.Ş.V.AZE14765445, Fin Kod: 1F7XU6Y0;
- Bağırov Mehti Əliyunis oğlu, Leyt.Ş.V. AA1741114, Fin Kod:5GCPSS2;
- İsrafilov Zakir Rafiq oğlu, Baş Leyt. Ş.V.AZE06954297, Fin Kod:0ZYG64Z;
- Rəsulov Mahir Allahverən oğlu, Baş leyt.Ş.V.AZE15698941, Fin Kod: 15YNZQM;
- Haqverdiyev Kənan Aydın oğlu, Baş ley, Ş.V.AZE13135963, Fin Kod:4B8Y93W;
- Həşimov Kənan Yusif oğlu, Leytenant– Ş.V.13013066, Fin Kod:20YYL0Y;
- Məmmədov İlhamiz Vaqif oğlu, Ş.V. AA2128610, Fin-3KN4JML;
- İsmayilov Şəmistan Kazım oğlu, Leytenant, Ş.V.AZE18017183, Fin Kod: 5NKD8Q5;
- Bağırlı Mahir Yusif oğlu, Ş.V.AZE16297731, Fin Kod: 4EJSWA0;
- Rəhimov Taleh Saleh oğlu, Baş Leyt.Ş.V.AZE00332260, Fin Kod: 24EKX8N;
- Qurbanov Hüseyn Elxan oğlu,Leyt. Ş.V.AA0337468, Fin Kod:2JEUQG8;
- Mühiddinov Yaşar Zayidin oğlu, Baş Leyt.Ş.V.AA1964439, Fin Kod:4QD8XV4;
- Əsədov Anar Məhəmməd oğlu, Baş Leyt. Ş.V.AZE13910830, Fin Kod:1ATUVJD;
- Rəhimov Azər Rəhim oğlu,Leyt. Ş.V.AZE08605909, Fin Kod:12ZL4KQ;
- Həsənov Nicat Şəkər oğlu, Baş Leyt.Ş.V.AZE16125495, Fin Kod:4MSUMT0;
- Qurbanov Əhməd Xalid oğlu, Baş zabit, Ş.V.AZE09205992, Fin Kod: 3C31AN9;
- Qasımov Rüstəm Üzeyir oğlu, Baş leyt. Ş.V. AZE09774505, Fin Kod: 1H7SGDR;
- Hacıyev Dəyanət Ağakərim oğlu, Kapitan, Ş.V.AZE07150630, Fin Kod:24MWAJV;
- Camalov Rahim Kamil oğlu, Ş.V.AA1975095, Fin Kod:2CC5XA0;
- Teyyubov Ağadin Qaraxan oğlu, Baş leyt, Ş.V.AZE 08203899, Fin Kod:0SZGC2V;
- Şahməmmədov Yavər Seyidvərdi oğlu, Baş Leyt. Ş.V.AA0220515, Fin kod:4PKZWMD;
- Həsənov Hikmət Həsənağa oğlu, Kapitan, Ş.V.AZE08036631, Fin Kod:5SHFFZC;
- İsmayilov Arzuman İsmayıl oğlu, Baş leyt, Ş.V AZE18754383, Fin Kod: 5M9V3B5;
- Yusubov İsmət Bəşir oğlu, Leyt, Ş.V.AA0609262, Fin Kod:10XBAYV;
- Cəbiyev Emil Əlihüseyn oğlu, Kapitan, Ş.V. 13437139, Fin Kod: 6FL4SJ3;
- Nəzərov Kamal Əlmayıl oğlu, Baş leyt, Ş.V. 13708145, Fin kod: 4DAEZKN;
- Quluyev Mübariz Sədiyar oğlu, Baş leyt, Ş.V.AA0931003, Fin kod:0Y9K5CM;
- Əhmədov Vüqar Səmədağa oğlu, Baş Leyt, Ş.V. AA3419889, Fin Kod: 4R44KP0;
- Muradov Mahir Əzizxan oğlu, Baş leyt, Ş.V.AZE09197089, Fin Kod:3MF1LES;
- Yusubov Əfqan Bəylər oğlu, Baş Leyt, Ş.V.AZE08622461, Fin Kod:1UFU9LV;
- Quliyev Məhəmməd Bəylər oğlu, Baş leyt, Ş.V.AZE08049857, Fin Kod: 2YK6KKG;
- Mövsümov Anar Şirəli oğlu, Leyt, Ş.V.AA1761549, Fin Kod: 25MLCGJ;
- İsmayılov Daşqın Əli oğlu, Kapitan, Briqadanın YSM xidmət rəisi, Ş.V.AZE14403435, Fin Kod: 4V7XH80;
- Şahmuradov Hikmət Tapdıq oğlu, Baş Leyt, Ş.V. AZE09014699, Fin Kod: 4DSWJ4H;
- Səmədov Ruslan Nağdalı oğlu, Baş Leyt, Ş.V.AA1616209, Fin Kod: 0Z0NS4P;
- Süleymanov Taleh Saleh oğlu, Baş Leyt, Ş.V.AZE15122304, Fin Kod: 1LHBF90; (Suqovuşan uğrunda döyüşlərdə hətta yaralanıb)
- Məmmədov Sadiq Rafiq oğlu, Baş leyt, Ş.V.AZE 08356542, Fin Kod: 49YVZYK;
- Allahverdiyev Elsevər Mirzə oğlu, Leyt, Ş.V.15102033, Fin Kod:3L6EB0Y;
- Əliyev Vaqif Vahid oğlu, Baş Leyt, Ş.V.AZE17116225, Fin Kod: 2UTUCN1;
- Məmmədov İlkin Şahin oğlu, Leyt, Ş.V.AA0620378, Fin Kod: 5WASMNW;
- Şahrzayev Şahin Fizuli oğlu, Mayor, Ş.V.AZE15217271, Fin Kod: 7KVRT5B;
- Məmmədov Mahir Mehman oğlu, Baş leyt, Ş.V.AZE04406499, Fin Kod: 24UQ3RT;
- Əliyev Mahir Ağasəf oğlu, Leyt.Ş.V.AZE16064844, Fin Kod: 2CFV3WT;
- Məmmədov Ramil Rauf oğlu, Baş leyt, Ş.V.AZE09700200, Fin Kod: 2HEA00K;
- Sadıqov Sadiq Məmmədağa oğlu, Baş leyt, Ş.V.AZE06535936, Fin Kod: 183K9X8;
- Nəsirov Vidadi Tapdıq oğlu, Kapitan, Ş.V.AZE15179646, Fin Kod: 7H9DANG;
- Məmmədli Azər İlham oğlu, Leyt, Ş.V. AA3783640, Fin Kod: 5QRBQ6D;
- Mürsəliyev Vüqar Səfər oğlu, Baş Leyt, Ş.V.AA2203008, Fin Kod: 12VXDM2;
- Əsgərov Aqil Mehman oğlu, Mayor, Ş.V. AA2038453, Fin Kod: 7Y3TYJZ;
- Qəhrəmanov Əbülfəz Şakir oğlu, Leyt, Ş.V. AA1555955, Fin Kod: 4N3FZL3;
- Həsənov Asif Rafiq oğlu, Baş Leyt, Ş.V. AZE09561672, Fin Kod:2TXGZ79;
- Babayev Habil Şahid oğlu, Baş Leyt, Ş.V AZE08755865, Fin Kod: 46JL00J;
- Kərimov Vüsal Həsən oğlu, Leyt. Ş.V.AA3596226, Fin Kod: 0UQPSFB;
- Əliyev Elman Cavanşir oğlu, Baş Leyt.Ş.V. AZE13730375, Fin Kod:1NDPEQ9;
- Mustafayev Elman Teyyub oğlu, Baş Leyt.Ş.V.AZE14234155, Fin Kod:2AB4BDY;
- Zakirov Elçin Həsən oğlu, Baş Leyt. Ş.V.AZE13196985, Fin Kod: 51YLGP6;
- Əliyev Bəxtiyar Fikrət oğlu, Leyt. Ş.V.AZE14285999, Fin kod:1D4AZNM;
- Ramizov Vaqif Mövlüd oğlu, Baş leyt, Ş.V.AZE08604416, Fin Kod:2FDZ38A;
- Ağayev Fuad Əli oğlu, Baş Leyt. Ş.V.AA2963494, Fin Kod: 1ZF80B9; Vətən naminə Medalla təltif edilib.
- Qubadov Ərəstun Soltan oğlu, Leyt. Ş.V. AA2479626, Fin Kod:2GFE0NM;
- Yusifov Qurban Əlləz oğlu, Leyt.Ş.V.AZE04041499, Fin Kod:1MFNBNY;
- Məmmədov Ədalət Məhəmməd oğlu, Tibb xidməti Kapitanı, Ş.V.AA1969778, Fin Kod:3G6MSSL;Cəbrayılın azad olunmasına görə medalla təltif edilib.
- Eminli Həbib Fəxrəddin oğlu, Baş leyt. Ş.V.AZE15731048, Fin Kod: 22LAB1H;Cəbrayılın azad olunmasına görə medalla təltif edilib.
- Gülməmmədov Xəyyam Temiş oğlu, Baş leyt, Ş.V.AZE06757375, Fin Kod:3K0UNZQ;
- Celqamlı Fərhad Rafik oğlu, Baş Leyt. Ş.V.AZE15114509, Fin Kod:1CEBP9B;
- Babayev Qurban Tofiq oğlu, Leyt. Ş.V.AA2020223, Fin Kod:1PWWRER;
- Hüseynov Asəf Xanlar oğlu, Baş leyt. Ş.V.AA4287007, Fin Kod: 0VFQW08;
- Məmmədov Orxan İnqilab oğlu, Leyt. Ş.V.AA3272777, Fin Kod: 5M6AEHG;
- Məmmədov Babək Tofiq oğlu, Baş Leyt. Ş.V.AZE08238818, Fin Kod:2SQPW51;
- İbrahimov Əlövsət Eldar oğlu, Leyt. Bölük Komandirin müavini, Ş.V. 16595938, Fin kod: 16CV06Q;
- Salmanov Mehrab Nazim oğlu, Baş Leyt. Ş.V.AA0513688, Fin Kod:5528QXY;
- Alıyev Nahid Tofiq oğlu, Polkovnik-Leyt. Ş.V.AZE1483317, Fin Kod:7DKY7LE;
- Axundov Ceyhun Ağasəf oğlu, Baş leyt., Ş.V. AZE13564561, Fin kod:0W1PG3E;
- Vəliyev Sarvan Məhərrəm oğlu, Baş leyt.Ş.V.AA2951530, Fin Kod:14DNMNB; (Qarabağ uğrunda medalla təltif edilib)
- Masıyev Asəm İsaxan oğlu, Mayor, Ş.V. AZE 17569293, Fin Kod: 7YB1WGD;
- Mailov Qədir Şəkilağa oğlu, Mayor, Ş.V.AZE14225756, Fin Kod:6WB8CWP;
- Qasımov Fuad Şahin oğlu, Baş leyt. Ş.V.AA2510279, Fin Kod:2SLL26L;
- Musayev Mübariz Camal oğlu, Leyt. Ş.V.AA1861765, Fin Kod: 3CE7XHK;
- Hacıyev Rövşən Sadiq oğlu, Baş leyt. Ş.V.AZE08841842, Fin Kod:1H1MUL6;
- Kərimov Elvin Nizami oğlu, Baş leyt.Taqım komandiri,Ş.V.AZE15674271, Fin Kod:4X47Y3J;
- Şükürov Ramil Muradxan oğlu, Baş Leyt.Taqım Komandiri,Ş.V.AA0147907, Fin Kod:1JDGD2Z;
- Dadaşov Elvin Tofiq oğlu, Leyt. Ş.V AZE14781876, Fin Kod: 2FSUFR8;
- Eynullayev Səbuhi Mustafa oğlu,Baş leyt. Ş.V.AZE09710666,Fin Kod:1L8A6BD;
- Cəfərov Elmar Zilman oğlu, Baş leyt. Ş.V. AZE8729117, Fin Kod:4S3G6AZ;
- Abdullayev Mahir Böyükağa oğlu, Leyt.Ş.V.AZE15070566, Fin Kod:2E0Y8Q6;
- Rzayev Mətləb Asim oğlu, Leyt.Ş.V.AA1624016, Fin Kod:4Z2C312;
- İskəndərov Racu Yaqub oğlu, Leyt.Ş.V AZE17888964, Fin Kod:33PNWD7;
- Mustafayev Tural Nağı oğlu, Leyt.Ş.V.AZE14330799, Fin Kod:4H9Q26L;
- Bayramov Vüqar Tofiq oğlu, Leyt. Ş.V.AZE14810913, Fin Kod: 1L70QP8;
- Nuruşov Eyvaz Mürsəl oğlu, Baş leyt, Taqım Komandiri, Ş.V.AZE15079527, Fin Kod:3MVPYLY;
- Ağayev Pərviz Xanbala oğlu, Baş leyt. Ş.V. AZE06398011, Fin Kod:3T9M9RP;
- Məmmədov Rauf Məlik oğlu, Baş leyt, Ş.V AA0011437, Fin Kod:31NHG8D;
- Məmmədbəyli Emil Məhərrəm oğlu, Baş Leyt.Ş.V.AA3625594, Fin Kod:1CSF0SL;
- Məmiliyev Polad Ağabala oğlu, Kapitan, Ş.V.AZE06493384, Fin Kod:3T1KVFT;
- Rzayev Elşad Əvəz oğlu, Baş leyt., Ş.V.AZE16694954, Fin Kod:1XYV3HC;
- Quliyev Nazim Ataxan oğlu, Əsgər, Ş.V.AA2987507, Fin kod: 5TJZNL1;
- Kərimov Cahangir Zəkiulla oğlu, Baş Leyt. Ş.V.AA3728990, Fin Kod: 7B1LE3P;
Məsələ ilə Bağlı Nazirlər Kabinetinin və Müdafiə Nazirliyinin mövqeyini dərc etməyə hazırıq.
Elmar Elnuroğlu
Gununsesi.info