
ABŞ Prezident Co Baydenin Azərbaycanda səfir postuna təqdim etdiyi Mark Libbi Senatda dinləmələrə qatılıb.
Gununsesi.info-nun xəbərinə görə, səfir postuna namizəd Mark Libbi çıxışında deyib ki, o, ABŞ-ın regionda sülhlə bağlı səylərini dəstəkləyəcək.
“Bu posta təsdiqlənərsəm, mən də ABŞ-ın Azərbaycan və Ermənistan arasında ədalətli və dayanıqlı sülh sazişinin əldə olunmasına yardım etmək səylərini dəstəkləyəcəm. Bu faciəvi münaqişədən tərəflərə ağrı-acı və inamsızlıq mirası qalıb.
Mən bilirəm ki, bu komitənin bir çox üzvlərinin Azərbaycanla bağlı narahatlığı var. Mən onları başa düşürəm. Hər bir dayanıqlı və ləyaqətli sülh üçün ərazi bütövlüyü, suverenliyi, və bölgədə yaşayan hər kəsin hüquq və təhlükəsizliyi məsələlərinin həlli çox vacibdir. Bu münaqişənin hərbi həlli yoxdur. ABŞ zorakılığı və zorakılıq hədələrini pisləməyə davam etməlidir. Ancaq ABŞ və bizi Avropadan tərəfdaşlarımızın köməyi ilə tərəflər razılığa gəlməyə həmişəkindən daha yaxındır. Və mən təsdiq olunsam, Bakıda fəal və qətiyyətli şəkildə işləyərək onların (Azərbaycan və Ermənistan) buna nail olmasına kömək etmək öhdəliyi götürürəm. Lakin sülh sazişinin imzalanması yalnız ilk addımdır. Mən təsdiqlənərəmsə, Bakıdakı səfirliyə rəhbərlik edərək yekun nizamlanmanın həyata keçirilməsini dəstəkləyəcəyəm, sülh sazişinin uğurla həyata keçirilməsi ABŞ və Azərbaycan arasında daha dərin əlaqələrə zəmin yaradar. Bu, regionu sabitləşdirəcək və münaqişədən istifadə etməklə öz bədxah təsirlərini genişləndirməyə çalışan rəqibləri sıxışdıracaq. Sülh sazişi bizə Azərbaycanla münasibətlərimizdə uğurlu əməkdaşlığı növbəti səviyyəyə qaldırmağa kömək edəcək.
Diplomat demokratiya və insan haqlarının təşviqi barədə də əlavə edib. “Demokratiya və insan haqları ABŞ-ın xarici siyasətinin əsasını təkcə bizim dəyərlərimizi əks etdirdiyinə görə deyil, həm də sülh və firavanlıq üçün ən yaxşı təməl olduğu sübuta yetirildiyinə görə təşkil edir. Mən Azərbaycan rəhbərliyi və vətəndaşları ilə hörmətli, lakin çox səmimi dialoq aparmağa və Azərbaycanda və regionda bu dəyərləri, hüquq və azadlıqları əzmkarlıqla müdafiə etməyə söz verirəm.
Səfir postuna namizəd Libbi Azərbaycanın Ukraynaya dəstəyi barədə də danışıb.
“Azərbaycan yeganə ölkədir ki həm İranla həm də Rusiya ilə sərhəddir. Bu ölkə strateji regionun ortasında yerləşir və aydındır ki onun keçmiş Sovet məkanında rolu vacibdir.
Azərbaycanın maraqlı fəal oyunu var. Azərbaycan Ukraynaya dəstəkdə kifayət qədər kömək edib. Yanacaq, qida yardımı, hətta son hücumda – Ukraynada su anbarının partladılmasından sonra bu ölkə Ukraynaya yeni humanitar yardım paketi göndərib. Azərbaycan işğalı pisləyən BMT qətnaməsinə səs verib və Ukraynanın ərazi bütövlüyünü tandığını təsdiqləyib. Bu həqiqətən də keçmiş Sovet regionunda yerləşən bir ölkə üçün maraqlı addımlardır.”
Qeyd edək ki, ABŞ Azərbaycana səfir təyin etməməsindən bir il ötüb.
Zümrüd Paşkin
Gununsesi.info