Məhkəmə-Hüquq Şurasının tərkibi üç instansiyanı təmsil edən hakimlərdən formalaşdırılmalıdır -Hafiz Həsənov

  • By admin
  • 14 İyun 2023 11:46

Avropa Şurasının Nazirlər Komitəsi növbəti dəfə Azərbaycan hökumətinə insan haqları ilə bağlı çağırış edib.

Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası sahəsində yaranmış problemləri  qabardan Nazirlər Komitəsi, həmçinin hökumətdən Məhkəmə-Hüquq Şurasının müstəqilliyini təmin etməyi tələb edib.

HTML tutorial

Qeyd edək ki, bir neçə gün əvvəl Şuranın tərkibinə yeni üzvlər təyin olunub.

İddialara görə, Ədliyyə Nazirinin də Məhkəmə-Hüquq Şurasının rəhbərliyindən kənarlaşdırılacağı deyilir.

 

Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri, vəkil Hafiz Həsənov Gununsesi.info-ya müsahibəsində bu mövzudan danışıb.

Məhkəmə-Hüquq Şurasının müstəqilliyinin təmin olunması ilə bağlı fikirlərin əvvəllər də səsləndirilrğulayan Hafiz Həsənovun sözlərinə görə,hələ ki, bu qurumun müstəqilliyi reallığa çevirilməyib:

“Hesab edirəm ki, bunun üçün ilk növbədə “Məhkəmə və hüquq şurası haqqında” qanunda bununla bağlı dəyişikliklər edilməlidir. Bu qanunun 6.2. -ci maddəsinə görə, Məhkəmə-Hüquq Şurasının tərkibi əsasən hakimlərdən, habelə icra, qanunvericilik, prokurorluq orqanları və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının nümayəndələrindən ibarət təşkil olunur. Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının bu cür təşkili onu və ümumilikdə məhkəmə hakimiyyətini digər hakimiyyət qollarından, xüsusilə də icra hakimiyyətindən asılı edir. Əgər Məhkəmə-Hüquq Şurası məhkəmə hakimiyyətinin özünüidarəetmə funksiyasını həyata keçirirsə, bu özünüidarəetmədə mərkəzi icra hakimiyyətininin bir neçə, prokurorluğun, qanunverici orqanın nümayəndələrinin bu qurumun tərkibində iştirakı hüquqa və məntiqə uyğun deyildir”.

 

Hüquqşünas deyir ki,  Məhkəmə-Hüquq Şurasının tərkibi tamamilə hakimlərdən formalaşdırılmalıdır: “Onların namizədlikləri isə hər üç məhkəmə instansiyası üzrə hakim assosiasiyaları tərəfindən irəli sürülməlidir. Hesab edirəm ki, Məhkəmə-Hüquq Şurasının tərkibinin bu cür formalaşdırılması Məhkəmə-Hüquq Şurasının və ümumilikdə məhkəmələrin müstəqilliyinin təmin olunmasına müsbət təsir göstərər. Eyni zamanda qeyd edirəm ki, məhkəmələrin müstəqilliyinin təmin edilməsi üçün daha geniş tədbirlərin reallaşdırılması zəruridir”.

 

Pərviz Həşimli

Gununsesi.info