Mərkəzi Bankın yeni rəhbəri niyə yalan danışsın ki?

Milli Məclisin bir çox deputatları, iqtisadçı ekspertlər ölkədəki bankların kredit faizlərinin yüksək olmasından dəfələrlə narazılıq ifadə edib.

Həmin şəxslər hesab edir ki, yüksək bank faizləri əhalinin sosial vəziyyətini pisləşdirir.
Ancaq Mərkəzi Bankın yeni sədri Taleh Kazımov bu barədə deyilənləri görməzdən gəlib.

HTML tutorial

O, “Mən Azərbaycanda bank kreditləri faizinin 20-25 faiz olmasını görməmişəm” deyə bildirib.

Azadlıq Radiosu isə yazır ki, ölkədə ən çox istehlak krediti verən 3 bank bunlardır: Beynəlxalq Bank (26.9%), Paşa Bank (28%) və Kapital Bank (25%).

Azərbaycan bankları ötən ilin ilk üç ayı ərzində verdikləri kreditlərə görə toplam 827 milyon manat faiz gəlirləri əldə edib, sadəcə ilk 3 ayda.

Hər üç bankın xalis mənfəəti – bu ilin yanvar ayında 50%, may ayında 40% artıb. Taleh Kazımov Mərkəzi Bankın sədri olmadan öncə “Paşa Bank”a rəhbərlik edib. Deməli hər şeydən xəbəri var, sadəcə yalan danışır.

Afət Abbasova
Gununsesi.info