İranda 2 mindən artıq məhbus əfv edildi

  • By resul
  • 03 Oktyabr 2023 15:59

İran lideri Ayətullah Əli Xamneyi Hz.Məhəmməd (s) peyğəmbərin və İmam Cəfəri Sadiqin mövlud günləri münasibətilə yüzlərlə məhbusu əfv edib, onlardan yüzlərlə məhbusun cəzasını yüngülləşdirib.

Gununsesi.info xəbər verir ki, İran Ədliyyəsinə bağlı “Mizan” xəbər agentliyinin məlumatına görə, İran lideri Xamneyi ədliyyə naziri Qulam Hüseyn Möhsini Ejeinin cəzaların yüngülləşdirilməsi və lazımi şərtlərə cavab verən 2284 məhbusun əfv edilməsi təklifini qəbul edib.

Bu çərçivədə cəmi 2 min 284 məhbusdan 1017-si azad edilərək sənədləri bağlanıb, 1267 nəfərin cəzası azaldılıb.

Bildirilib ki, əfvə daxil olanlardan 52 nəfəri edam cəzasına məhkum edilmiş şəxslərdir və bu cəzalar həbs cəzasına çevrilib.

İran lideri Xamneyi sonuncu dəfə fevralda hökumət əleyhinə etirazlarda həbs olunan minlərlə məhbusun cəzasının yüngülləşdirilməsi və ya əfv edilməsi təklifini təsdiqləyib.

Səid Əhmədli
Gununsesi.info