Nigerdə hərbi çevriliş oldu

  • By arzu
  • 27 İyul 2023 11:18

Nigerdə hərbçilər idarəetməyə əl qoyub.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bu ölkədə hərbçilər dövlət televiziyasında çevriliş mətnini oxudublar.

Prezident Mohammed Bazoumun devrildiyini və konstitusiyanın ləğv edildiyini bildiriblər.

Özlərinə “Vətəni Qorumaq Milli Şurası” adını verən bir qrup hərbçi bir qəragahda çəkdikləri və dövlət televiziyası ORTN-də yayımlanan görüntüdə hərbi çevriliş bəyannəməsini oxudublar.

Bəyannəməni oxuyan hərbçi pisləşən təhlükəsizlik durumu və ölkənin içindən keçdiyi sosio-ekonomik böhran səbəbi ilə Prezidentin devrildiyini və konstitusiyanın ləğv edildiyini bildirib.

Bəyannamədə axşam 22:00 və 05:00 arasında küçəyə çıxma qadağasının tətbiq ediləcəyi və ölkə sərhədlərinin qapadılacağı açıqlanıb.

Prezident Bazoum Prezidentlik Aalayı üzvləri tərəfindən girov götürüldükdən sonra Niger liderinin sərbəst buraxılması üçün etirazlar gerçəklşdirilmişdi.

Hərbi çevrilişin arxasında 10 ildir ki, Prezidentin Mühafizə Alayının komandiri olaraq iş icra edən General Omar Tchianin olduğu bildirilir.

Prezident Bazoumun Tchiani işdən uzaqlaşdırmaq istədiyi iddia edilirdi.

 

Tərcümə: Arzu

Gununsesi.info