Yaponiyadan MARAQLI ADDIM: 2025-ci ildən sonra tikilən evlər üçün Günəş panelləri məcburi olacaq

  • By arzu
  • 15 Dekabr 2022 17:57

Yaponiyada paytaxt Tokionun yerli parlamenti Günəş panellərinin evlərin çatısında məcburi olması ilə bağlı qanun qəbul edib.

 

HTML tutorial

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, yeni qanunlar 2025-ci ilin aprelindən sonra tikilən bütün yeni evlərdə karbon yayılmasının qarşısını almaq üçün Günəş enerjisi panellərinin çatısında Günəş panellərinin quraşdırılması məcburi olacaq.

Tokio şəhərinin İcra başçısı Yuriko Koike keçən həftə Günəş panellərinin qurula biləcəyi binaların hazırda yalnız 4 %-nin bu texnologiyaya sahib olduğunu açıqlayıb.

Tokio Böyükşəhər Bələdiyyəsi yeni qanunla 2030-cu ilə qədər sera qasının yayılmasının yarıya qədər endirilməsini hədəfləyir.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info