“Deputatlar da aksiyada iştirak etməlidir” -Rəşad Mahmudov

Deputatlar da Şuşa-Xankəndi yolunda keçirilən aksiyalarda iştirak etməlidir.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

HTML tutorial

 

Deputat bildirib ki, millət vəkillərinin aksiya iştirakçılarının birbaşa yanında olması lazımdır: “Hesab edirəm ki, deputatlar aksiya iştirakçılarının yanında olmalıdır. Bu, dünyaya mesaj verilməsi üçün də mühüm addım olardı”.

Gununsesi.info