İran və Rusiya kosmik əməkdaşlığa başlayır

  • By arzu
  • 15 Dekabr 2022 17:38

İran və Rusiya arasında kosmik əməkdaşlıq anlaşması imzalanıb.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, İranın rəsmi xəbər agentliyi “İRNA” yazır ki, adıçəkilən müqavilə İranın Kosmik Agentliyi ilə Rusiyanın Federal Kosmos Agentliyinin rəsmiləri arasında imzalanıb.

HTML tutorial

İmzalanma zamanı İranın Kosmik Agentliyinin rəsmisi Həsən Səlari anlaşmanın kosmosda əməkdaşlıqla bağlı iki ölkə arasındakı əlaqələri gücləndirəcəyini söyləyib.

“Ruskosmos” başçısı Yuri Borisov isə Moskva-Tehran arasındakı kosmos sənayesi ilə bağlı əməkdaşlığın 2002-ci ildə başladıldığını söyləyib.

Müqavilə bütün sahələri əhatə edir.

Borisov açıqlamasında İranın bu sahədə önəmli irəliləyişlər əldə etdiyini bildirərək ölkəsinin İrana öz hədəflərinə çatması üçün kömək edəcəyini vurğulayıb.

Rus yetkilisi rus kosmos stansiyasında İran astronavtının göndərilməsinin iki ölkənin ortaq proqramlarından biri olduğunu deyib.

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info