
Bu gün bütün xalq Şuşa-Xankəndi yolunda baş verən hadisələrin nə ilə nəticələnəcəyini gözləyir.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Sabir Rüstəmxanlı deyib.
“Rusiya sülhməramlıları artıq iki ildir ki, ermənilərlə birlikdədir, onların düşüncəsini, hərəkətini bilir. İndi isə bir neçə gündür bizim musiqiləri dinləyir, fikirləri anlayırlar. Bu, Azərbaycan xalqının birliyinin nəticəsidir. Bundan başqa, ermənilər bildirirlər ki, Xankəndi ilə əlaqələri kəsilib. Bununla bağlı dünyaya car çəkiblər. Amma biz 30 ildir ki, Naxçıvanla ölkənin quru sərhədlərin bağlı olmasını fəlakət kimi qiymətləndirmirik və dünyaya car çəkmirik. Təbii ki, bununla bağlı bizim cavabımız olmalıdır. Bura Azərbaycan torpaqlarıdır, orada necə davranılacağını Azərbaycan müəyyən edir. Azərbaycanlıların qanunsuz hərəkət edən ermənilərə hər vaxt etiraz etmək hüququ var”,- deyə deputat bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir. Bu gün artıq aksiyanın 5-ci günüdür.
Gununsesi.info