
Bir neçə gündür ki, azərbaycanlı fəallar ermənilərin ekoloji terroruna qarşı aksiya keçirir.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
“Aksiyada iştirak edən azərbaycanlı aktivistlər ermənilərin Rusiya sülhməramlıları ilə birləşərək Azərbaycan ərazilərinə qanunsuz silahlar keçirməsinin, İrandan gələn terrorçuların qarşısını almağa çalışırlar. Onlar haqlı olaraq, Azərbaycanın tələblərini çatdırırlar. Aksiyada iştirak edən gənclərə xüsusi olaraq diqqət yetirmək lazımdır. Onlar bu gün Azərbaycanın haqq səsini çatdırır”,- deyə deputat bildirib.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Laçın yolunda aksiyanı davam etdirir. Bu gün artıq aksiyanın 5-ci günüdür.
Gununsesi.info