Akif Qurbanov həbsdə hədələnib?

  • By admin
  • 04 İyun 2024 19:03

Sosial şəbəkələrdə III Respublika Platformasının təsisçisi Akif Qurbanovun Bakı İstintaq Təcridxanasında kənar  vəzifəli şəxs tərəfindən hədələnməsi barədə məlumat yayılıb.

Hüquq Müdafiəçisi Rüfət Səfərov sosial şəbəkə hesabında bununla bağlı paylaşımında bildirib ki, Akif Qurbanovun hədələnməsi onun susdurulmasına xidmət edir.

Penitensiar Xidmət Gununsesi.info-nun bu məsələ ilə bağlı sorğusunu cavablandırıb.

Qurumun mətbuat katibi Tanrıverdi Mustafayev saytımıza açıqlamasında bunu deyib:

Qeyd edilənlər həqiqəti əks etdirmir, həbs edilmiş şəxs Akif Qurbanovun hər hansı kənar şəxs tərəfindən qəbul edilərək hədələnməsi, eyni zamanda təcridxana rəhbərliyi tərəfindən təhdid edilməsi iddiaları tam əsassızdır, o cümlədən onun telefon danışıqlarına və görüşlərinə məhdudiyyət qoyulmamış, qanunvericilikdə nəzərdə tutulmuş qaydada və sayda ona ailə üzvləri ilə görüşmək, telefonla zəng etmək, sovqat qəbul etmək üçün şərait yaradılır”.

Günay Mahirqızı

Gununsesi.info