Bakıda avtoqəza baş verib, sıxlıq yaranıb

  • By ilhame
  • 04 İyun 2024 19:47

Bakının Xəzər rayonu, Buzovna-Zağulba yolunda yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info xəbər verir ki, “Hyundai” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb.

 

Zərərçəkənlərin olub-olmaması ilə bağlı məlumat yoxdur.

 

Qəza səbəbindən yolda sıxlıq yaranıb.

Gununsesi.info