Türkiyədə Haniyə üçün bir günlük milli matəm elan edilib

  • By Günel
  • 01 Avqust 2024 22:44

Həmas lideri İsmayıl Haniyənin öldürülməsi ilə əlaqədar Türkiyədə bir günlük matəm elan edilib.

Gununsesi.info xəbər verir ki, Prezident Ərdoğan sosial şəbəkədəki paylaşımında, “Fələstin münaqişəsinə  dəstəyimizi və fələstinli qardaşlarımızla həmrəyliyimizi göstərmək məqsədilə, Həmas siyasi bürosunun sədri Haniyəyə şəhid olması ilə əlaqədar sabah (2 avqust cümə) milli matəm elan edilib” -deyə qeyd edib.

“İsmayıl Haniyə və bütün Fələstin şəhidlərinə Allah rəhmət eləsin. Özüm və millətim adından Fələstin xalqına başsağlığı verirəm”- deyib.

Günel

Gununsesi.info