Naxçıvanda güzəştli kreditlərin 86 %-i sənaye sektorundakı layihələrə ayrılıb

  • By ilhame
  • 06 İyun 2024 19:16

Naxçıvan Muxtar Respublikasının Sahibkarlığın İnkişafı Fondu tərəfindən bu ilin yanvar-may ayları ərzində ayrılan maliyyə dəstəyinin 86,1 %-i sənaye sektoruna yönəldilib.

Gununsesi.info muxtar respublikanın İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, hesabat dövründə layihələrin maliyyələşdirilməsinə 2 milyard 324 milyon manat vəsait sərf olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 dəfə çoxdur.

Kreditlərin 13,9 %-i müxtəlif kənd təsərrüfatı sahələrinin inkişafını dəstəkləyən layihələrin payına düşüb.

Gununsesi.info