Türkiyə qırıcıları İraqın şimalını vurdu, 7 terrorçu məhv edildi

Türkiyə Silahlı Qüvvələri tərəfindən İraqın şimalındakı Qandil bölgəsində keçirilən havadan əməliyyat nəticəsində 4, Metina bölgəsində isə 3 PKK terrorçusu öldürülüb.

Gununsesi.info xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.