
Kosmik alimlərin “şəhər qatili” adlandırdıqları asteroid sürətlə Yerə yaxınlaşır. NASA mühəndisi 2032-ci ildə planetlə toqquşma ehtimalı 2,3 olan asteroidlərdən ibarət “risk dəhlizinin” xəritəsini tərtib edib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rankin, asteroidin hazırkı orbitini nəzərə alaraq, 2024 YR4-ün Cənubi Amerikanın şimalından başlayaraq, Saharadan cənub-şərqi Afrika və Asiyaya qədər uzanan bir bölgəyə çarpa biləcəyini proqnozlaşdırdı. Bu marşrut Hindistanın Çennai və Çinin Haynan adası kimi əhalinin sıx məskunlaşdığı əraziləri əhatə edir.
NASA hesab edir ki, asteroidin 22 dekabr 2032-ci ildə Yerlə toqquşma ehtimalı 2,3 faizdir. Diametri 90 metrə çata bilən bu asteroid toqquşacağı təqdirdə yaşayış məntəqələrində böyük dağıntılara səbəb ola bilər. Mütəxəssislər deyirlər ki, zərbə baş versə, partlayış Xirosimaya atılan atom bombasından 500 dəfə böyük olacaq.
2024 YR4 Torino şkalası üzrə üç bal toplayaraq “dağıdıcı” asteroidlər arasında yerini tutub. Astronomlar asteroidin Yerlə toqquşma şansını azaltmaq üçün daha çox məlumat toplamaq istəyirlər. Prosesdə James Webb Kosmik Teleskopundan istifadə etməklə asteroidin ölçüsü və orbiti ilə bağlı daha dəqiq təxminlərin aparılacağı gözlənilir.
Zərbə ehtimalı az olsa da, asteroid Yerə yaxınlaşdıqca daha çox məlumat əldə ediləcək və bu, riskin daha dəqiq ölçülməsinə kömək edəcək.
Orxan Saffari