
Fransada 23 yaşlı gənc oynadığı oyunu uduzduqdan sonra əsəbiləşib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, kişi 11 yaşlı Louise Lasalle ilə küçədə tanış olub və onu meşəyə apararaq öldürüb.
23 yaşlı Owen L. adlı gənc oynadığı onlayn oyunda məğlub olduqdan sonra qəzəbindən partlayıb.
Çöldə rastlaşdığı 11 yaşlı Luiza Lasalladan qəzəbini çıxarmaq istəyən oğlan, kiçik qızı meşəyə sürüyərək vəhşicəsinə öldürüb.
Hadisə yerində olan dəlillər göstərirdi ki, Luiza ilk növbədə boyun və sinə nahiyəsindən ondan çox bıçaq yarası alıb. Polis mənbələrinin məlumatına görə, qızın cəsədi ertəsi gün məktəbdən bir neçə yüz metr aralıda meşəlik ərazidə tapılıb. Müayinə zamanı meyitin üzərində Owen L.-nin DNT-si aşkar edilib.
Orxan Saffari