Paşinyan onunla Azərbaycanla bağlı müzakirə apardı

Almaniya Kansleri Olaf Şolts və Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə ediblər.

Gununsesi.info  xəbər verir ki, bu barədə Ermənistanın baş naziri məlumat paylaşıb.

O bildirib ki, görüş çərçivəsində Almaniya-Ermənistan ikitərəfli gündəliyindəki əsas məsələləri, həmçinin Ermənistanın Avropa Birliyi ilə tərəfdaşlığının perspektivlərinə diqqət çəkilib.

“Ermənistan-Azərbaycan normallaşma prosesinin hazırkı mərhələsinə də toxunduq”, – Paşinyan əlavə edib.

Gununsesi.info