Türkiyə Prezidentinin kürəkəni bu cihazı istehsal edir

Türkiyə Prezidentinin kürəkəni bu cihazı istehsal edir

Türkiyə may ayından etibarən hər ay 5 000 ədəd Süni Tənəffüs Cihazı istehsal etməyə başlayır.

Tamamən türk mühəndisləri tərəfindən hazırlanan bu cihaz cəmi 14 gün (!) kimi qısa bir zamanda istehsal konveyerdindən endirildi.

İşin mühəndislik qismini “Biosis” adlı gənc təşəbbüskarlardan ibarət şirkətlə “BAYKAR” qrupu tərəfindən ərsəyə gətirilən tənəffüs ventilyatorları sadəcə Türkiyə üçün deyil, dünyaya da satılacaq.

Ərdoğanın video-konfransla iştirak etdiyi təqdimat mərasimində çıxış edən “Baykar”ın qurucusu və Baş direktoru Səlçuk Bayraktar “Biz bu cihazları ölkəmiz üçün deyil, bütün insanlıq üçün istehsal edirik” dedi.

41 yaşlı S\lçuk Bayraktar mükəmməl təhsil almış (Robert Kolej, İstanbul Teknik Üniversitesi, University of Pennsylvania), doktorluq yüksək lisansı (MIT, Massachusetts Institute of Technology) olan türk işadamıdır. O, daha çox dronlar və onların avionik sistem və alqoritmlərinin hazırlanması ilə məşhurdur. Suriyada Türk Ordusunun gücünə güc qatan dronlar Baykar şirkətinin istehsalıdır.

Səlçuk Bayraktar prezident Ərdoğanın qızı Sümeyya Ərdoğanla evlidir.

 

 

Gununsesi.org

COMMENTS