Dünya koronavirus epidemiyası ilə mübarizə apararkən, Salvadorun paytaxtında çəkilən bu fotolar dünyanı şoka saldı.
Gununsesi.org xəbər verir ki, Latın Amerikası ölkələri arasında ən yüksək qətl cinayətlərinə görə seçilən Salvadordakı bir həbsxanada bu gün çəkilən və Reuters tərəfindən dünyaya təqdim edilən bu fotolar insan haqları təşkilatının ciddi təpkisinə səbəb olub.
Salvador prezidenti Nayib Bukele ölkənin bir həbsxanasında bir gündə baş verən 22 ağır cinayətin ardından dəstə üzvlərinin olduğu həbsxanada 24 saatlıq ağır cəza qərarı verdi.
Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətlər Bürosunun hesabatına əsasən Mərkəzi Amerika ölkəsi Salvador Latın Amerikasında ən çox cinayət baş verən ölkədir.




Gununsesi.org
COMMENTS