Kanye Uest milyarder oldu

Kanye Uest milyarder oldu

“Forbes” ekspertləri amerikalı hip-hop ifaçısı Kanye Uesti milyarder kimi tanıyıb.

Gununsesi.org “Lenta.ru”ya istinadən bildirir ki, nəşr reperin sərvətini 1,3 milyard dollar məbləğində dəyərləndirib.

Milyarder statusunun verilməsi barədə rəsmi qərar reper tərəfindən maliyyə hesabatlarının açıqlanmasından sonra verilib.

Jurnalistlər bütövlükdə Uestə məxsus “Yeezy” markasının gəlirliliyini qiymətləndiriblər. Brendin “Adidas” şirkəti ilə əlaqəsini nəzərə alaraq, ekspertlər reperin sərvətini 1,3 milyard dollar olduğunu bildiriblər.

Amma Uest özü ekspertlərin qiymətləndirməsi ilə razı deyil. “Bir milyard deyil, 3,3 milyard dollardır, çünki “Forbes”də heç kim saymağı bilmir”, – deyə o bildirib.

2019-cu ilin nəticələrinə görə, Uest “Forbes” versiyası üzrə ən yüksək ödənişli reperdir.

Gununsesi.org 

COMMENTS