ABŞ-ın Bomont şəhərinin (Texas ştatı) meri Bekki Eyms karantin qaydaları haqqında verdiyi əmri özü pozub.
Gununsesi.org “New York Post”-a istinadən xəbər verir ki, onu “Nail Bar” adlı gözəllik salonunda görüblər.
Qeyd etmək lazımdır ki, manikür səbəbi ilə qadın məcburi olaraq salonun əməkdaşını iş yerinə çağırıb.
İlk öncə B.Eyms salona aseton almaq üçün girdiyini bildirib.
Lakin sakinlərin tənqidinə tuş gələn mer üzr istəyərək qaydalara daha ciddi riayət etməli olduğunu etiraf edib.
Gununsesi.org
COMMENTS