Serbiyada koronavirusa yoluxanların sayı 8 mindən çoxdur

Serbiyada koronavirusa yoluxanların sayı 8 mindən çoxdur

Pandemiyanın başlanğıcından Serbiyada koronavirusdan 156 insan ölüb.

Gununsesi.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edilir ki, ölkədə COVID-19-a 8 mindən çox yoluxma aşkarlanıb.

“Bir gün ərzində koronavirusa yeni 263 yoluxma aşkarlanıb, xəstələrin ümumi miqdarı 8 042 nəfərdir. 3 044 nəfər xəstəxanaya yerləşdirilib”, – deyə xəbərdə bildirilir.

“Bir gün ərzində daha beş vətəndaş öldü, pandemiyanın başlanğıcından ümumilikdə 156 nəfər vəfat edib”, – nazirlik qeyd edib.

Ölkədə koronavirusa yoluxmuş 1 182 pasiyent sağalıb, ölüm faizi 1,94% təşkil edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

 

 

Gununsesi.org

COMMENTS