ABŞ-ın Xəstəliklərin profilaktikası və nəzarəti mərkəzi koronavirusla bağlı daha altı simptomu qeyd edib.
Gununsesi.org “RİA Novosti”-yə istinadən xəbər verir ki, siyahıya üşümə, titrəmə, əzələ ağrısı, boğaz ağrısı, həmçinin dad və ya iybilmə qabiliyyətinin itməsi əlavə edilib.
Qeyd edək ki, bundan əvvəl xəstəliyin sadəcə üç simptomu qeyd edilirdi – yüksək temperatur, öskürək və tənəffüsün ağırlaşması.
Gununsesi.org
COMMENTS