“2019-cu ildə Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib və illik inflyasiyanın minimal səviyyəsi 2,6% təşkil edib”.
Gununsesi.org “Report”a istinadən xəbər verir ki, bunu baş nazir Əli Əsədov Milli Məclisdə hökumətin hesabatını təqdim edərkən deyib.
“Məqsədimiz 2020-ci ildə də qiymət artımını ötənilki səviyyədə saxlamaqdır”, – o qeyd edib.
“2019-cu ilin yekununda Azərbaycanın xarici dövlət borcu 9,91 milyard ABŞ dolları təşkil edib ki, bu da Ümumi Daxili Məhsulun (ÜDM) 18,9%-ni təşkil edib”.
COMMENTS