Rusiyanın prezidenti Vladimir Putin Kremlin nümayəndəsi Dmitri Peskov tərəfindən “virusoloq” elan edilib.
Gununsesi.org xəbər verir ki, rus mediasına bu barədə açıqlama verən Peskov, koronavirusla bağlı geniş informasiyaya malik olan Putinin “virusoloq olmaq yolunda olduğunu” açıqlayıb.
Prezidentin viruslarla bağlı çoxsaylı ekspert rəyləri, informasiya ilə tanış olduğunu bildirən Peskov, Putinin “bir çox cəhətdən mütəxəssis” olduğunu qeyd edib. Peskov Putinin indiki dönəmdə bütün ölkənin virusoloqa çevrildiyi ilə bağlı zarafatına da diqqət çəkib.
Məlumat üçün qeyd edək ki, Putin koronavirusla bağlı bir neçə dəfə ölkə ictimaiyyətinə müraciət edib, onları sosial izolyasiya və karantinlə bağlı qadağa və yasaqlara ciddi əməl etməyə çağırıb. Görülən bütün tədbirlərə rəğmən vəziyyətin getdikcə ciddiləşdiyi Rusiyada Putinin qarşıdakı günlərdə xalqa növbəti dəfə çağırış ünvanlayacağı gözlənilir.
Gununsesi.org
COMMENTS