Kilsəsinin fasadından Fələstin bayrağı asılıb

Milanın Baş kilsəsinin fəsadında Fələstin bayrağı görünüb.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bu jest insanlar tərəfindən alqışlarla qarşılanıb.

Məlumata görə, kafedral işçiləri və polis bir neçə dəqiqədən sonra bayrağı yığışdırıblar. Onlar müşahidə kameralarından istifadə edərək aksiyanın təşkilatçılarını tapmağa çalışıb.

“Giorno” qəzetinin yazdığına görə, bu siyasi jest Milanın yəhudi icması tərəfindən pislənib.

Onun arxasında Yaşıllar Partiyasının Avropa Parlamentinə namizədi Stefano Apuzzonun dayandığı müəyyən edilib.

Bundan əvvəl İtaliyanın xarici işlər naziri və baş nazirin müavini Antonio Tajani Romada Fələstinin baş naziri Məhəmməd Mustafa ilə görüşdə İtaliyanın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirməsini bərpa etdiyini bildirib.

Qeyd edək ki, bundan əvvəl İsrail BMT Baş Assambleyasının Fələstinlə bağlı qətnaməsini rədd etmişdi.

 

 

Gununsesi.info