Tbilisidə etirazların növbəti günü…

  • By Günel
  • 02 Dekabr 2024 23:37

Tbilisidə etiraz aksiyalarının növbəti günü keçirilir.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, minlərlə etirazçı parlament binasının qarşısına toplaşıb.

Onlar hökumətin istefasını və parlament seçkilərinin təkrar keçirilməsini tələb edən plakatlarla “Rustaveli” prospektini bağlayıblar.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qazdan istifadə edib.

Gununsesi.info