Atəşkəsdən sonra ilk dəfə İsrail mövqelərinə zərbələr endirdilər

  • By Günel
  • 02 Dekabr 2024 23:29

Hizbullah hərəkatı bu gün atəşkəs razılaşmasından sonra ilk dəfə olaraq Livanın sərhəd kəndi Kfar Şuba bölgəsində İsrail ordusunun mövqelərinə hücum etdiyini açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bu haqda “Əl-Mənar” telekanalı məlumat yayıb.

Hərəkat onların hərəkətlərinin İsrailin atəşkəs razılaşmasını dəfələrlə pozmasına cavab olduğunu qeyd edib.

Xatırladaq ki, noyabrın 27-də İsrail və Livanın “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşması qüvvəyə minib.

Gununsesi.info