AzTV-dən Almaniyanın XİN rəhbərinə ittiham - VİDEO

  • By admin
  • 26 Noyabr 2024 14:08

Almaniyanın xarici işlər naziri Annalena Berbok COP29-da iştirakı zamanı verdiyi bəyanatlara görə Bakıda  tənqidə məruz qalıb.

Gununsesi.info-nun xəbərinə görə, AzTV sədri Rövşən Məmmədov müəllifi olduğu “Həftə” verilişində almaniyalı naziri COP29-dan daha çox insan haqları haqqında danışmasını tənqid edib: “Görəsən, ona nə olmuşdu. O da psixoloji problemdən əziyyət çəkir. Axı, o 17 illik həyat yoldaşı ilə nigahına son qoyub. O, qlobal tədbirə davamlı qatılmaq, müzakirələrdə iştirak etmək əvəzinə özü üçün mətbuat konfransları düzənləyib. 

AzTV rəhbərinin Berbok haqqında dediklərini təqdim edirik:

 

Afət Abbasova

Gununsesi.info