Şolts Zelenski ilə görüşdü

  • By Günel
  • 02 Dekabr 2024 19:54

Almaniya kansleri Olaf Şolts Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, Ukrayna lideri bu haqda öz teleqram kanalında məlumat verib.

O, Almaniya hökumətinin başçısına PUA-ları göstərib.

Qeyd edək ki, O.Şolts sonuncu dəfə 2.5 il bundan əvvəl Ukraynaya səfər edib.

Gununsesi.info