
Xəbər verdiyimiz kimi, bu gün Nəsimi rayon Məhkəməsində AXCP sədri Əli Kərimliyə qarşı partiyanın keçmiş üzvü Aydın Əliyevin iddiası əsasında növbəti məhkəmə prosesi keçirilib.
Gununsesi.info xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qərara əsasən, AXCP sədri Əli Kərimli 1500 manat məbləğində cərimə edilərək sərbəst buraxılıb.
Bildiririk ki, Aydın Əliyevin vəkili Əli Kərimlinin 6 ay müddətində azadlıqdan məhrum edilməsini istəmişdi.
Onu da qeyd edək ki, partiyanın sabiq Nəzarət Təftiş Komissiyasının sədri olmuş, daha sonra partiya sıralarından xaric edilən Əliyev Aydın Sədədqulu oğlu Əli Kərimlinin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmişdi.
Aydın Əliyev 10 iyun 2019-cu il tarixində partiya sıralarından kənarlaşdırılıb.