Nyu York – Dehli reysi ilə uçan təyyarə Rusiyada təcili eniş edib

  • By Günel
  • 02 Dekabr 2024 21:42

ABŞ-nin Nyu York şəhərindən Hindistanın Dehli şəhərinə uçan sərnişin təyyarəsi sərnişinin səhhətinin pisləşməsi səbəbindən Rusiyada, Moskva vilayətindəki Şeremetyevo Beynəlxalq Hava Limanında eniş edib.

Gununsesi.info “Report” -a istinadən xəbər verir ki, bu barədə aviasiya xidməti məlumat yayıb.

Bildirilib ki, təyyarəyə qalxan tibbi personal sərnişinin artıq öldüyünü qeydə alıb.

Hüquq-mühafizə orqanları da hadisəni təsdiqləyib.

Gununsesi.info