
Londonda mühacir kimi yaşayan Qurban Məmmədov və həyat yoldaşı Mehbarə Məmmədova məhkəməyə verilib.
Gununsesi.info Modern.az-a istinadən xəbər verir ki, “Atlant-İnşaat” tikinti şirkəti Qurban Məmmədov barədə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.
Buna səbəb alqı-satqı müqaviləsi üzrə mübahisələr olub. İddia ərizəsində onlardan başqa bir neçə nəfərin adı da var.
Bundan əvvəl işə Nərimanov Rayon Məhkəməsində baxılıb. MMC iddia ərizəsində yaşayış sahəsi üzrə alqı-satqı müqavilələrinin düzgün aparılmadığını göstərib. Qərardan razı olmayan şirkət Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Qeyd edək ki, Qurban Məmmədov Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun qardaşıdır.