
Rus aktrisa Kamilla Belinskaianın tətilə getdiyi Taylandda qayalıqlarda yoqa edərkən dalğaların arasında itdiyi bildirilib.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada yaşayan model və aktrisa Kamilla Belinskaia tətilə getdiyi Taylandın Koh Samui adasının qayalıqlarında səhər saatlarında yoqa ilə məşğul olmağa başlayıb. 24 yaşlı aktrisanı qəfil nəhəng dalğa dənizə sürükləyib.
Bildirilib ki, rusiyalı aktrisanın dənizə yıxıldığını görən otel işçisi dənizə atılaraq aktrisanı xilas etməyə çalışsa da, onu tapa bilməyib.
İtkin düşən aktrisanın tapılması üçün bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyi açıqlanıb.
Qeyd olunub ki, Kamilla Belinskaianın yoxa çıxmazdan əvvəl meditasiya anlarını əks etdirən videosu internetdə yayılıb.
Günel Həsənova