Quterreş Suriya ilə bağlı çağırış etdi

  • By Günel
  • 02 Dekabr 2024 23:41

BMT-nin Baş katibi Antonio Quterreş Suriyanın şimal-qərbində hərbi əməliyyatları dərhal dayandırmağa və Ümumdünya Təşkilatının himayəsi altında danışıqlara qayıtmağa çağırıb.

Gununsesi.info “Qafqazinfo” – ya istinadən xəbər verir ki, bu barədə onun rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

Düjarrikin sözlərinə görə, BMT-nin Baş katibi Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsində nəzərdə tutulduğu kimi təcili olaraq siyasi prosesə qayıtmağı tələb edir və bütün tərəflərə beynəlxalq hüquq, o cümlədən humanitar hüquq çərçivəsində öhdəliklərini xatırladır.

Gununsesi.info