İlqar Məmmədov Prezidentə müraciət edib - "SİYASİ PARTİYALAR HAQQINDA" QANUNU İMZALAMAYIN!

  • By admin
  • 19 Dekabr 2022 13:58

Respublikaçı Alternativ (REAL) Partiyasının sədri İlqar Məmmədov Prezident İlham Əliyevə müraciət edib.

Gununsesi.info-nun xəbərinə görə, partiya sədri “Siyasi partiyalar haqqında” yeni qanunun təsdiqini Venesiya Komissiyasının rəyi çıxana qədər ertələməyi xahiş edib.

HTML tutorial

İlqar Məmmədov prezidentə müraciətində yazıb ki, yeni qanunun qüvvəyə minməsi ölkədə partiya sisteminin sağlam inkişafına əngəl olacaq: “Dekabrın 16-da Milli Məclis “Siyasi partiyalar haqqında” yeni qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Qanun layihəsi parlamentdə təmsil olunan partiyaların, o cümlədən bizim təşəbbüsümüzlə hazırlansa da, gözləntilərimizin tam əksinə, ölkədə partiya sisteminin sağlam inkişafına əngəl olacaq. Bu haqda əsaslandırıcı müşahidələrimizi həm ictimai çıxışlarımızda, həm də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi ilə ünsiyyətimizdə dəfələrlə səsləndirmişik”.

 

Mətləb Yaqublu

Gununsesi.info