Qırmızı Xaç Xankəndində monitorinq aparır

  • By admin
  • 19 Dekabr 2022 13:46

Beynəlxalq Qırmızı Xaç Komitəsi ermənilərin yaşadığı Xankəndində monitorinqə başlayıb.

Bu barədə Gununsesi.info erməni mediasına istinadən xəbər verir.

HTML tutorial

Məlumata görə, Xankəndində yaranmış humanitar gərginlik komitə tərəfindən araşdırılır.

Qeyd edək ki, azərbaycanlı fəalların Laçın dəhlizini bağlaması səbəbindən Ermənistanla Xankəndi arasındakı quru yol bağlanıb.

Dünən axşam isə  aksiya iştirakçıları Laçın-Xankəndi yolundan Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndindən Laçın istiqamətinə maneəsiz keçməsinə şərait yaradıblar.

Bu, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyətin olmadığının göstəricisidir.

 

Günay

Gununsesi.info