Sosial şəbəkə onu həyatından etdi

  • By ilhame
  • 20 İyul 2024 13:20

Qusarda bir nəfərin ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, Qusar rayonunun Əcəxuroba kəndi ərazisində “Tiktok” sosial şəbəkəsi üçün video çəkən rayon sakini, 1995-ci il təvəllüdlü Albert Xaspoladov ağır qəza törədib.

 

O, video çəkərkən “VAZ 2107” markalı minik avtomobili ilə qəfil əks zolağa manevr edərək 1997-ci il təvəllüdlü Pərviz Eyvazovun idarə etdiyi “Ford” markalı yük avtomobili ilə toqquşub.

 

Nəticədə A.Xaspoladov aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info