İstintaq Əziz Orucovun xanımını dindirib - EVİMİZİ HANSI PULLA TİKMƏYİMİZİ SORUŞDU

  • By admin
  • 20 İyul 2024 14:14

Hazırda həbsdə olan Kanal 13 İnternet TV-nin baş redaktoru Əziz Orucovun xanımı Lamiyə Çerpanova ona qarşı cinayət işinin istintaqı çərçivəsində dindirilib.

Bu barədə Gununsesi.info-ya danışan jurnalistin xanımı deyib ki, Səbail Polis İdarəsinin müstəntiqi Elşən Bədəlov onu sorğu-suala tutub:

“İstintaqdan çıxdım.Hər şey qaydasındadır. Müstəntiqin əsas maraqlandığı tiktirdiyimiz evin vəsaitini hardan əldə etmeyimiz barədə idi. Bu arada dindirmə prosesində müstəntiq Elşən Bədəlov bütün etik çərçivələri qorudu.Nə kobud davrandı, nə də hədə- qorxu gəldi”.